...

Münaqişə zonalarında avqustun 7-nə olan status-kvo bərpa edilməlidir

Siyasət Materials 9 Oktyabr 2008 13:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Sarkozi-Medvedyev razılaşmasının yalnız birinci bəndini yerinə yetirib, indi isə ikinci bəndin yerinə yetirilməsinin - Avropa İttifaqı müşahidəçilərinin münaqişə zonalarına - Abxaziya və Cənubi Osetiyaya buraxılmasının vaxtı çatıb, - Gürcüstan parlamentinin sədri David Bakradze jurnalistlərə deyib.

"Bu razılaşma avqustun 7-nə olan status kvoya qayıtmağı nəzərdə tutur ki, bu da Rusiya birləşmələrinin separatçı regionlardan çıxarılması deməkdir. O vaxta kimi Abxaziyada yalnız 1 500, Cənubi Osetiyada isə 500 sülhməramlı olub", - o deyib.

"Avqustun 7-də hazırda Rusiya hərbçilərinin əlində olan Şərqi Gürcüstanın Axalqorsk rayonu və Abxaziyanın Kodor dərəsində nə separatçılar, nə də rus qoşunları olub", - spiker bildirib.

"Beləliklə, razılaşma bu zonalardan separatçıların da çıxarılmasını nəzərdə tutur. Əks halda atəşkəs rejimi haqqında razılaşma yerinə yetirilməmiş hesab ediləcək", - Bakradze qeyd edib.

Razılaşmanın Rusiya üçün böyük siyasi əhəmiyyəti var və onu pozmağa heç kəsin ixtiyarı yoxdur, - spiker güman edir. "Əlbəttə, separtaçılar buna qarşı çıxış edirlər, lakin zaman ötdükcə onlar bu razılaşmanı yerinə yetirməli olacaqlar", - Bkradze vurğulayıb.  

Xəbər lenti

Xəbər lenti