...

Avrasiya İqtisadi Birliyi ölkələri vahid iqtisadi məkanın yaradılması fikrini bəyəniblər

Siyasət Materials 10 Oktyabr 2008 18:44 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 10 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrinin prezidentləri AİB-in cümə günü Bişkekdə keçirilən dövlətlərarası Şuranın iclasında gömrük ittifaqının və vahid iqtisadi məkanın yaradılması fikrini bəyəniblər.

İclasın gedişində AAİB çərçivəsində gələcək inkişaf məsələləri, su Konsorsiumunun yaradılması, su və hidroenergetikadan istifadə problemləri də müzakirə edilib.

AAİB - ona daxil olan təsisçi ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan) ümumi xarici gömrük sərhədlərinin formalaşdırılmasına, vahid xarici iqtisadiyyat siyasətinin, tariflərin, qiymət və ümumi bazarın fəaliyyətinin tərkib hissəsini təşkil edən digər amillərin hazırlanmasına istiqamətlənmiş beynəlxalq iqtisadi təşkilatdır.    

Avrasiya İqtisadi Birliyinin yaradılması üzrə müqavilə 2000-ci il oktyabrın 10-da Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri tərəfindən Qazaxıstanın paytaxtı Astana şəhərində imzalanıb. 2002-ci ilin mayında Moldova və Ukrayna rəhbərliyinin xahişinə əsasən, bu ölkələrə Birlikdə müşahidəçi statusu verilib. 2006-cı ildə Birliyə Özbəkistan da daxil olub.

Xəbər lenti

Xəbər lenti