...

Azərbaycan preidenti Kliniki Tibbi Mərkəzdə aparılmış təmir işləri ilə tanış olub

Siyasət Materials 10 Oktyabr 2008 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / , / Azərbaycan prezidenti İlşam Əliyev və xanımı Bakıda Kliniki Tibbi Mərkəzin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq üçün cümə günü səhiyyə ocağında olublar .

Kliniki Tibbi Mərkəzin yenidən qurulması və texniki cəhətdən təchiz olunması üçün prezident tərəfindən vəsait ayrılıb. Təmir və yenidənqurma işləri 18 ay davam edib. Mərkəz ən müasir tibbi avadanlıqla təchiz olunub.

Prezident və xanımı Mehriban Əliyeva görülən işlərlə, Mərkəzin şöbələri ilə tanış olublar. Prezident Kliniki Tibbi Mərkəzlə tanışlıqdan sonra səhiyyə ocağının tibb personalı ilə görüşüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti