...

Ukraynada Azərbaycan prezidenti seçkisində əksəriyyət İlham Əliyevə səs verib

Siyasət Materials 16 Oktyabr 2008 00:36 (UTC +04:00)

Ukrayna, Kiyev, 16 oktyabr/ Trend müxbir Z.Novosvitski/ Azərbaycan prezidenti seçkisində ölkənin Ukraynadakı səfirliyi nəzdində yaradılmış seçki məntəqəsində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev səslərin böyük əksəriyyətini qazanıb, Azərbaycanın bu ölkədəki səfirliyi nəzdində seçki məntəqəsinin sədri Yeganə Qafqazlı Trend -un Kiyevdəki xüsusi müxbirinə bildirib.

"Azərbaycanın səfirliyinin konsulluq bölməsi tərəfindən qeydə alınmış 700 seçicidən 600-ü səsvermədə iştirak edib. Səslər hesablandıqdan sonra, səs verənlərin 95,71 faizinin hazırki prezidenti İlham Əliyevə üstünlük verməsi məlum olub. Seçicilərin 3 faizi digər namizədlərə səs verib", - Qafqazlı bildirib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti