Azərbaycan, Bakı, 18 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi münasibətilə türkiyəli həmkarı Abdullah Gülü təbrik edib.
Təbrik məktubunda dövlət başçısı beynəlxalq aləmdə Türkiyənin artan rolunun birbaşa ifadəsi olan bu tarixi hadisəni Türkiyə diplomatiyasının böyük uğuru adlandırıb, Baş Məclisdə keçirilən seçkilərin bu cür nəticələnməsini dünyada və regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması yolunda Türkiyənin ardıcıl səylərinə dünya birliyi tərəfindən verilən yüksək qiymət kimi dəyərləndirib.