Qırğızıstan, Bişkek 24 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ Qırğızıstan Respublikasının baş naziri oktyabrın sonunda Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan ilə keçiridiyi görüşdə Qırğızıstan parlamentinin spikeri Aytibay Taqayev bildirib.
A.Taqayev son zamanlar parlament institutunun əhəmiyyətini artdığını qeyd edərək, türkdilli ölkələrin Parlament assambleyasının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Qırğızıstan parlamenti nümayəndələrinin, cari ilin noyabrında İstambulda keçiriləcək, türkdilli ölkələrin Parlament assambleyasının yaradılmasına dair müzakirələrdə iştirak edəcəyini bildirən A.Taqayev, Qırğızıstan baş nazirinin Türkiyə səfirində çox şey gözlədiyini nəzərə çarpdırıb.
Qeyd edək ki, Qırğızıstan baş nazirinin Türkiyəyə səfəri oktyabrın 30-da başlayır.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]