...

Əbu Bəkr məscidi Nərimanov rayon Mühafizə İdarəsinə müraciət edib

Siyasət Materials 7 Noyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir İ.Əlizadə/ Nərimanov rayon dindarlarının dini icması Əbu Bəkr məscidinin təhlükəsizliynin təmin olunması üçün polis mühafizəsinin ayrılması ilə bağlı Daxili İşlər Nazirliyinin Nərimanov rayon Mühafizə İdərsinə müraciət edib. "Həmin idarəyə ərizə ilə müraciət etmişik ki, öz hesabımıza Əbu Bərk məscidinə polis mühafizəsi ayrılsın və ərazidə post yaradılsın", -bu barədə cümə günü Trend -a Əbu Bəkr -in vəkili Cavanşir Süleymanov bildirib.

Trend - un arayışı: Bu il avqustun 17-də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Süleymanov bildirib ki, DİN -in Baş Mühafizə İdarəsi və onun rayonlardakı idarələri ödənişli əsaslarla bazarlarda, ticarət mərkəzlərində və başqa yerlərdə təhlükəsizliyi təmin edirlər: "Biz də öz hesabımıza orada polis postunun yaradılmasını və məscidin açılmasını istəyirik".

Vəkil qeyd edib ki, Mühafizə İdarəsi onların ərizəsini qəbul edib, lakin ərizəyə heç bir cavab verilməyib.

"Bizə bildirmişdilər ki, bu gün rəsmi cavab veriləcək. Lakin cavab vermədilər. Ona görə də biz özəl firma olan "Saturn İnternational" mühafizə xidməti ilə iki aylıq müqavilə imzaladıq", - deyə Süleymanov əlavə edib.

Nərimanov rayon Mühafizə İdarəsindən bildirilib ki, Əbu Bəkr məscidinin vəkilinin ərizəsi gümə axşamı onlara daxil olub.

"Ərizəyə cavab verilməsi üçün bir ay vaxt var. Ərizədə onlara dekabrın birindən başlayaraq, iki ay müdətində iki nəfər polisin ayrılması xahiş olunub. Lakin bizdə nə əlavə polis, nə də boş ştat var. Bunun üçün əlavə iki nəfər polis ştatı yaradılmalıdır və müddət başa çatandan sonra onlar tərxis edilməlidir. Bu isə mümkün deyil", - deyə idarədən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti