...

Gürcü leyboristlərinin lideri Fransa, Böyük Britaniya və Almaniyadan səfirlərini geri çağırmağı tələb edir

Siyasət Materials 10 Noyabr 2008 20:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Leyboristlər Partiyası Fransa, Böyük Britaniya və Almaniya hökumətlərindən səfirlərini Tbilisidən geri çağırmağı tələb edir.

"Almaniya Federativ Respublikasının səfiri Patrisiya Flor, Fransa səfiri Erik Furnye və Böyük Britaniya səfiri Deniel Kif Gürcüstan müxalifətinə nifrət edirlər", - deyə bazar ertəsi keçirilən mətbuat konfransında leyboristlərin lideri Şalva Natelaşvili bildirib.

Onun sözlərinə görə, bu diplomatlar öz ölkələrinə Gürcüstan barədə yanlış informasiya göndərirlər, rəsmi rəylərdən fərqli fikirlərə etinasız yanaşırlar, müxalifətə nifrət edir və Saakaşvilinin maraqlarını müdafiə edirlər.

Leyboristlər partiyasının lideri bildirib ki, diplomatik korpusların nümayəndələri hamısı hakimiyyətin görüşünə gedir, lakin müxalifətlə planlaşdırılan görüşlərə ya gəlmirlər, ya da "səfirlik xidmətçisinin altıncı köməkçisini göndərirlər", Gürcüstan vətəndaşlarına isə , ya viza vermirlər, ya da onları uzun müddət növbdə dayanmağa məcbur edirlər.

Natelaşvilinin bəyanatına görə, bu üç səfir özlərini layqincə aparmırlar, leyboristlər səfirlərin geri çağrılması tələbi ilə onların hökumətlərinə xüsusi müraciət göndərəcək.

Leyboristlər Partiyası liderinin məlumatına görə, hakimiyyət və diplomatik nümayəndəliklər arasında, ola bilsin ki, korrupsiya müqaviləsi mövcuddur. Natelaşvilinin sözlərinə görə, Qiqa

Bokeriya diplomatik nümayəndəliklər ilə korrupsiya sövdələşmələrini nizamlamaq üçün Xarici İşlər Nazirliyinə keçirilib. Bu sövdləşmələr "hər rübdə Gürcüstana bir neçə on mln. dollara başa gəlir".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti