...

Azərbaycanın Gənclər və İdman Nazirliyi və ABŞ -ın Sülh Korpusu Gənclərin İnkişafı Layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq olunub

Siyasət Materials 12 Noyabr 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü keçən il sentyabrın 6 - da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ABŞ-ın Sülh Korpusu Gənclərin İnkişafı Layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Gənclər və İdman Nazirliyinə Anlaşma Memorandumunun həyata keçirilməsi, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Amerika Birləşmiş Ştatları tərəfini xəbərdar etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti