...

İran kosmosa ikinci süni peykini buraxıb(Yenilənib)

Siyasət Materials 26 Noyabr 2008 15:23 (UTC +04:00)
İran kosmosa ikinci süni peykini buraxıb(Yenilənib)

İranın "KAVUŞ 2" adlı peyki kosmosa buraxılıb. "KAVUŞ 2" - ni daşıyan raket noyabrın 26 - da kosmosa buraxıldıqdan sonra xüsusi çətirlə yerə dönüb. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.

Raketin buraxılmasında məqsəd ötürücülərin yoxlanılması , təlimatların düzgün istiqamətləndirilməsi və qayıtma sisteminin yoxlanılması olub.

KAVUŞ 2 peyki üç daşıyıcı, kosmik analiz qurğusu və qayıtma sistemi ilə təchiz olunub.

İran 2008 - ci ilin avqustunda "Səfir" daşıyıcı raketini orbitə çıxarıb. Raket orbitə İranın ilk peyki olan "Omid"i yox, bu peykin sınaq analoqunu çıxarıb.İranlı mütəxəssislərin yaratdıqları "Səfir"in buraxılışı ölkə tarixində daşıyıcı raketin ikinci uğurlu uçuşudur. Hazırda kosmik orbitdə Rusiyada hazırlanan və 2005 - ci ilin oktyabrında "Kosmos-3M"lə orbital fəzaya çıxarılmış "Sinah-1" süni peykinə malik rəsmi Tehran, kosmik texnologiyalar sahəsində sürətlə irəliləyəcəyini bəyan edib.Bu ilin fevralında İranda ölkənin ilk kosmik mərkəzi fəaliyyətə başlayıb.Bununla da İran Yerətrafı orbitə süni peyklərin layihələndirilməsi, hazırlanması və çıxarılması texnologiyasına malik 11- ci ölkə olub.

ABŞ İranın raket və peyk sınaqlarından narahatdır.

Xəbər lenti

Xəbər lenti