...

Liviya sahilləri yaxınlığında batan gəmidəki iki Gürcüstan vətəndaşı itkin düşüb

Siyasət Materials 8 Dekabr 2008 14:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 dekabr / Trend , N. Kirtsxaliya/ Dekabrın 4-də qasırğa nəticəsində batan gəmidəki iki Gürcüstan vətəndaşı itkin düşüb. "AFA SHIPPING LTD" şirkətinə məxsus "SUNDUS" gəmisi Liviyanın Tripoli şəhəri yaxınlığında qəzaya uğrayıb.

Gəmidə üç Gürcüstan vətəndaşı - Qoça Mjavanadze, Ruslan Xozrevanidze və Pridon Takidze olub, - bazar ertəsi Gürcüstan XİN-dən jurnalistlərə xəbər verilib.

Şirkət Qoçi Mjavanadzenin yerini müəyyənləşdirə bilib, o, Tripoli mehmanxalarından birində qalaır. Digər iki gürcü vətəndaşı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Gürcüstanın İstanbuldakı Baş Konsulluğu itkin düşmüş gürcü dənizçilərin dəqiq yerini müəyyən etmək üçün fəal iş aparırlar.

Mjavanadzeyə gəlincə, Ukraynanın Liviyadakı konsulluğunun yardımı ilə o, bu gün vətənə qaytarılacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti