Belçika, Brüssel, 09 dekabr / Trend müxb. A.İsmayılova/ Azərbaycan "Şərq tərəfdaşlığı"nı AB və Avropa ilə əməkdaşlığın inkişafında müsbət faktor kimi dəyərləndirir. Bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Ötən həftə Avropa Komissiyası Azərbaycana, Gürcüstana, Ermənistana, Moldovaya, Ukraynaya və Belarusa yeni "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində daha sıx əməkdaşlıq təklif edib.
Yeni saziş azad ticarət zonasının tətbiqini, ikitərəfli və çoxtərəfli strateji anlaşmaların əldə olunmasını nəzərdə tutur. AB Şərq tərəfdaşlığı ölkələrinə siyasi və iqtisadi problemlərin həllində yardım göstərməyi nəzərdə tutub. Komissiya həmçinin bu ölkələrə maliyyə yardımını artıracaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]