...

Kürd Fəhlə Partiyasına qarşı mübarizə kürd liderlərinin siyasətinə qarşı yönəlib

Siyasət Materials 26 Dekabr 2008 13:46 (UTC +04:00)
Kürd Fəhlə Partiyasına qarşı mübarizə kürd liderlərinin siyasətinə qarşı yönəlib

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir Ü.Sadıqova/ İraq hökumətinin kürd terrorçuları - Kürd Fəhlə Partiyasının üzvlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı İraqda kürd milli hökuməti nümayəndələrinin fəallığının azaldılmasına yönəlib.

İraqın Baş naziri Nuri əl - Maliki cümə axşamı Ankaraya rəsmi səfərini başa çatdırıb. O burada Türkiyə prezidenti ilə iki ölkənin kürd terrorçularına qarşı mübarizəsini müzakirə edib, - Əl-Cəzirə ərəb telekanalı xəbər verib. Bir müddət əvvəl iki ölkə KFP üzvlərinin İraq və Türkiyə ərazisində fəaliyyətinin qarşısını alan bəzi sənədlər qəbul ediblər.

Əl-Malikinin Türkiyəyə səfərinin əsas məqsədi Ankara hökuməti ilə İraqın şimal-şərqindəki kürd terrorçularının məhv edilməsi planının müzakirəsi olub. Bu, Bağdadın kürd muxtariyyətinin genişlənməsinə yol verməmək maraqları ilə üst-üstə düşür, - Aralıq dənizi hövzəsi üzrə Avropa Araşdırmalar Mərkəzinin rəhbəri Avad Həmas (Awad Chamas) hesab edir.

"Bu, Ərdoğan hökuməti və artan kürd müqavimətini saxlamağa çalışan İraq hökumətinin əsas məqsədidir", - Həmas Belçikadan telefonla Trend ­-a bildirib.

Amerika qüvvələri İraqa müdaxilə etdikdən sonra, bu ölkədə yaşayan kürdlər 2005-ci ildə muxtariyyət əldə edə bildilər. Muxtar Kürdüstanın yaradılmasına kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin ABŞ qoşunları ilə əməkdaşlığı yardım etdi.  İraqda Amerikanın nəzarətinin bərqərar olması ilə, kürdlər ölkənin daxili siyasətində daha fəal oldular. Onların İraqdakı kürd maraqlarını, daha dəqiqi isə, kürdlərin parlamentdəki yerlərə və İraq neftindən əldə edilən gəlirlərə hüquqlarını realizəyə yaxşı imkan yarandı. 1975-ci ildən başlayaraq,  İraqın kürd əhalisi Kürdüstan Demokrat Partiyasının rəhbərliyi altında muxtariyyət və ölkənin ərəb əhalisi ilə bərabər hüquqlar tələb etməyə başlayıblar.

Lakin ərazi problemlərinin həllinə baxmayaraq, İraq kürdləri və mərkəzi Bağdad hakimiyyəti arasında ölkənin daxili siyasətinə təsir və KFP üzvlərinin ləğvində Türkiyə ilə əməkdaşlıq məsələləri üzrə münaqişə mövcuddur.

Nuri əl-Malikinin İraqı Bağdadın vahid hakimiyyəti altında saxlamaq istəyi kürdlərin səyləri ilə üst-üstə düşmür, - Bağdad Universitetinin keçmiş professoru Louey Bəhri hesab edir. "Əl-Maliki İraqı Bağdadın hakimiyyəti altında saxlamaq istəyən zaman. kürdlər Türkiyənin minimal müdaxiləsi ilə ölkədə təsirlərini gücləndirməyə can atırlar", - Bəhri Vaşinqtondan telefonla Trend - a bildirib.

İraq Konstitusiyasına görə, milli azlıq hesab edildiyi üçün (İraq əhalisinin ümumi sayının 21 faizi - təxminən 6 mln. nəfər) ,kürd əhalisinin ölkə hökumətində məhdud nümayəndəlik hüquqları var. 

İraq hökuməti və Türkiyənin kürd radikallarına qarşı birgə mübarizəsinə gəldikdə isə, Bağdad və Kürdüstan muxtariyyəti hökuməti Ankara ilə üçtərəfli əməkdaşlıq haqqında saziş imzalayıblar. Lakin Avadın rəyinə görə, İraq kürdlərinin KFP-yə qarşı mübarizədə passiv mövqeyi Kürdüstan hökumətinin Türkiyəyə hərbi əməliyyatların nəticəsiz olduğunu göstərməyə cəhd edərək, kürd radikalları ilə dialoqun lehinə çıxış etməsinin nəticəsidir.

"Hazırki məqamda İraq hökuməti Səddam Hüseynin kürdlərə qarşı səhvlərini təkrarlamaq istəmir", - avropalı ekspert hesab edir.  Buna görə də o, İraqdakı kürd qarşıdurmasının mərkəzi Bağdad hakimiyyətinə güclü zərbə vura biləcəyini anlayaraq, Kürdüstan liderlərini Türkiyə ilə dialoqa cəlb edir, - o hesab edir.

Əl - Maliki hökuməti KFP terrorçularına qarşı hərbi hücumda iştirak etməyi istəsə də,  hərbi ehtiyatlar olmadığından, bunu edə bilməyəcək, - iraqlı politoloq Bəhri hesab edir.

"Kürdlər Kürdüstan ərazisinə hərbi hücumların qarşısını almaq üçün İraq ordusunun gücsüzlüyündən istifadə edirlər", - o deyib.  

İraq Konstitusiyasına görə, Kürdüstan ərazisində hərbi əməliyyatları yalnız kürd polisi - hətta terrorçu olsalar belə, heç zaman kürdlərin əleyhinə getməyəcək peşmərqə apara bilər. "Siyasi baxımdan Kürdüstan liderləri İraq və Türkiyə ərazisində KFP üzvlərinin fəaliyyətinə qarşı mübarizə ilə razıdırlar. Lakin çox hallarda burada milli amli - kürd millətinin vahidliyi böyük rol oynayır", - o deyib. 

Kürdlər İraqın daxili siyasətini nəzarət altına almaq istəsələr də, Bağdad hökumətinin Türkiyə ilə yaxşı münasibətləri saxlamağa can atması müsbətdir. Belə ki, Türkiyə ABŞ - ın Yaxın Şərqdəki başlıca müttəfiqidir və buna görə də, kürdlərin İraqı öz əllərinə almaq üçün göstərdikləri istənilən cəhdlərin qarşısını alacaq, - Bəhri əlavə edib.

Kürd Fəhlə Partiyası Sovet İttifaqının dəstəyi ilə 70-ci illərin sonunda yaradılıb. Əvvəlcə siyasi partiya kimi tanınsa da, 80 - ci illərin sonundan KFP-nin üzvləri Türkiyə ərazisində dinc əhali və hərbi obyektlərə qarşı terror hücumları həyata keçirdilər. Dünyanın əksər ölkələrində KFP terrorçu təşkilat hesab edilir. Onun əsas məqsədi əsasən kürdlərin yaşadığı cənub-şərqi Türkiyədə müstəqil kürd dövləti yaratmaqdır. Fəaliyyət mərkəzi İraqın şimalındakı Qəndil dağlarıdır. Türkiyənin hərbi qüvvələri terroçuların məhv edilməsi üşün, bu ərazidə əməliyyatlar aparırlar. 1988-ci ildə İraqın Hələbcə şəhərinin kürd əhalisi arasında separatçı ideyalar yayılmağa başladı. Bunun qarşını almaq üçün o zamankı prezident Səddam Hüseyn Hələbcə əhalisinə qarşı kimyəvi silahdan istifadə etdi. Nəticədə, bir milyon nəfərə yaxın dinc sakin həlak oldu.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti