...

Qəzza zolağında qurbanların sayı 300 nəfərə çatıb (YENİLƏNİB -1)

Siyasət Materials 28 Dekabr 2008 12:14 (UTC +04:00)
Qəzza zolağında qurbanların sayı 300 nəfərə çatıb (YENİLƏNİB -1)

İsrailin Qəzza zolağına hava hücumu nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

İsrail aviasiyası şənbə günü radikal qruplaşmaların və Qəzza zolağının polisi tərəfindən istifadə edilən onlarla qərərgaha, təlim mərkəzlərinə və silah anbarlarına zərbə endirib.

İsrail hökuməti həyata keçirilən əməliyyatın başlıca məqsədinin Fələstin qüvvələri tərəfindən raket atəşlərinin qarşısının alınmasını göstərib və bildirib ki, hərbi əməliyyatlar davam edəcək və lazım gələrsə, genişləndiriləcək.

Xəbər lenti

Xəbər lenti