...

Qəzzə hadisələri Türkiyə - İsrail münasibətlərinə ciddi təsir etməyəcək   -TrendNews - un icmalçısı

Siyasət Materials 22 Yanvar 2009 17:16 (UTC +04:00)
İsrailin 2008-ci il dekabrın 27-də Qəzzəyə hücümü bir çox yaddaqalan hadisələrlə taxirə düşdü. İlk növbədə, Qəzzə hadisələri ərəb ölkələrəinin İsrailə qarşı qətiyyətsizliyini nümayiş etdirdi.Və İsrail-Fələstin münaqəşində bu ölkələrin , sadəcə olaraq, öz mənafelərindən çıxış etmələrilə yadda qaldı.
Qəzzə hadisələri Türkiyə - İsrail münasibətlərinə ciddi təsir etməyəcək   -TrendNews - un icmalçısı

Trend - un Yaxın Şərq Redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

İsrailin 2008-ci il dekabrın 27-də Qəzzəyə hücümü bir çox yaddaqalan hadisələrlə taxirə düşdü. İlk növbədə, Qəzzə hadisələri ərəb ölkələrəinin İsrailə qarşı qətiyyətsizliyini nümayiş etdirdi.Və İsrail-Fələstin münaqəşində bu ölkələrin , sadəcə olaraq, öz mənafelərindən çıxış etmələrilə yadda qaldı.

Qəzzədəki hərbi əməliyyatların uzanması və bu əməliyyatlarda HƏMAS liderlərinədən çox, mülki vətəndaşların həlak olması, əməliyyatların qarşısının vaxtında alınmaması bir çox beynəlxalq qurumların İsrailə qarşı aciz olduğunu göstərdi.

Bəzi Ərəb ölkələrində Israilə qarşı küçə yürüşləri keçirmək, İsrail mallarını boykot etməklə və nəhayət, İsrail üçün heç bir ciddi mahiyyət kəsb etməyən "Ərəb Ölkələri Liqası Sammiti"- nin keçirilməsilə kifayətləndilər .

İsrailin XİN başçısı ərəb ölkələrində İsrail əleyhinə keçirilən etiraz nümayişlərinə münasibətini bildirərək : "Biz müsəlman və ərəb ölkələrindən belə bir addımı gözləyirik" - dedi.

Qəzzədə 21gün davam edən hərbi münaqişəyə rəsmi səviyyədə ən kəskin etirazını bildirən ölkə Türkiyə oldu.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzzə hadisələrinə münasibət bildirərkən, İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini vürğuladı.

İsrail rəsmiləri, ərəb ölkələrinə verdikləri reaksiyadan fərqli olaraq, Ərdoğanın bu sözlərinə sərt reaksiya verdilər. İsrail xarici işlər nazirinin köməkçisi, Knessetin üzvü Majalli Vehbee (Majalli Whbee) Türkiyə mətbuatına verdiyi müsahibəsində qeyd edib: "Ərdoğan İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatları soyqırım adlandırıb. Onda biz də Türkiyədə 1915-1918-ci illərdə ermənilərə qarşı edilənləri soyqırım adlandıraq".

"İsrail Ərdoğanın bəyanatlarının iki ölkə arasında münasibətlərə xələl gətirməyəcəyinə ümid edir. Türkiyə insafsızcasına İsraili gühahkar hesab etməkdə davam edəcəksə, uzun illərdir davam edən əlaqələrimizə yenidən baxılacaq", - Vehbee Türkiyə - İsrail münasibətlərinin gələcəyinə münasibət bildirərkən deyib.

Bütün bunlar Türkiyəynin rəsmi Təl-Əvivə qarşı mövqeyindən İsrailin narahat olduğunu göstərir.

Daha sonra isə, Ərdoğanın xarici siyasət üzrə baş müşaviri Əhməd Davudoglunun Qəzzə əməliiyatının sona çatması ilə bağlı fikirləri İsrailin narazılığı ilə qarşılandı;İsrail Qəzzədə qələbə əldə etdiyini və HƏMAS-ın infrastrukturuna ciddi zərbə vurduğunu və bununla da, HƏMAS-ı atəşkəşə məcbur etdiyini bildirir.

Davudoğlunun sözləri isə, İsrailin HƏMAS üzrərində qələbəsini təsdiq edən bəyanatları alt - üst etdi.

Əhmədoğlu, HƏMAS-ın məğlub kimi deyil, Türkiyənin istəyi ilə atəşkəş imzaladığını bildirdi.

Türkiyənin Qəzzə əməliyyatlarına görə İsraili kəskin tənqid etməsi tarixi müttqəfiqlərin əlaqələrinə ciddi təsir etəməyək. Hadisələrin fonunda, dünyadakı erməni lobbisi bütün imkanlardan istifadə edərək, İsraililə yaxınlaşmağa çalışacaq.

Dünyanın bir çox ölkələrində anti İsrail nümayişləri keçirilsə də, yəhidi və erməni lobbisi birgə ABŞ da İsrailə dəstək akisiyası keçirdi. Aksiyada yadda qalan şüarlardan biri də "Ermənilər hər zaman İsrailin yanındadır!" şüarı oldu.

Əslində, Türkiyənın Qərb və İsrailə qarşı mövqeynin dəyişməsinin fonmunda, əslində Qəzzə hadisələlri deyil, Qərbin Türkiyəyə qarşı mövqeyi durur.

Türkiyə İsrailə qarşı sərt bəyanatlarla çıxış edərək, ABŞ və Aİ - yə ismarıc verməkdədir. Bununla Türkiyə, Aİ -yə üzv olmasa belə, regionda nüfuz sahibi olduğunu sübüt etməyə çalışır.

Ərdoğanın İsrail əleyhinə kəskin bəyanatlarla çıxış etməsinə baxmayaraq, iki dövlət arasında münasibətlərin pisləşəcəyi gözləmək olmaz; Ərdoğan bundan əvvəl də -- 2006-cı ildə İsrailin Livan ərazilərinə müdaxiləsi zamanı baş vermiş "31günlük müharibə"də Təl-Əvivi güclü tənqid etsə də, bir qədər sonra Təl-Əvivin istəyi ilə, İsrail - Suriya danışıqlarında vasitəçi kimi çıxış etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti