...

Kitabxana internet mərkəzi Türkmənistandakı islahatlara kömək edəcək - ABŞ səfirliyi

Siyasət Materials 28 Yanvar 2009 13:46 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 yanvar / Trend , müxbir E.Həsənov/ Türkmənistan milli kitabxanasında ilk internet mərkəzinin açılışını ABŞ-da "prezident Qurbanqulı Berdimuhammedovun islahat məqsədlərinə töhfəsi" kimi qəbul edirlər, - ABŞ-ın Aşqabaddakı səfirliyinin press-relizində deyilir.

2007-ci ildə ölkədəki rəhbərliyi ələ almış Berdimuhammedov, prezidentliyin ilk vaxtlarında ölkənin bütün vətəndaşlarına əvvəlki illərdən fərqli olaraq dünya şəbəkəsi resurslarına çıxış imkanı yaratmağa söz vermişdi. İki il ərzində Türkmənistanda ilk internet-kafelər peyda olub, özəl istifadəçilərin internetə qoşulması bərpa olunub, mobil rabitə şirkətinin xidmətləri içərisinə simsiz internet daxil edilmişdi.

"Milli kitabxanada internetə çıxış imkanının verilməsi prezident Berdimuhammedovun islahat məqsədlərinə öz töfhəsini verəcək və Türkmənistana onun inkişaf və demokratikləşmə yolunda kömək edəcək", - ABŞ səfirliyinin ABŞ-ın müvəqqəti işlər vəkili Riçard Maylsın rəyinə istinadən verilən press-relizində deyilir.

Vaşinqtonun rəyinə görə, milli kitabxana beynəlxalq standartlara artıq cavab verir. İnternet mərkəzin açılışına ABŞ səfirliyi, informasiya və mədəniyyət şöbəsinin qrantı hesabına texniki dəstəklə kömək etmişdi.

Milli kitabxana "Virtual İpək Yolu" (Virtual Silk Highway) optik-lifli inernet şəbəkəsinə qoşulub. Bu şəbəkə NATO və Türkmənistanın elm və texnika üzrə Ali Şurası tərəfindən maliyyələşdirilir. Milli kitabxana resursu informasiya mərkəzi və kitabxana oxucularının istifadəsi üçün nəzərdə tutulmuş və internetə qoşulmuş 18 kompyuter üçün yer ayırmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti