...

Moldovada fövqəladə halların aradan qaldırılması üzrə beynəlxalq hərbi-mülki təlimlər keçiriləcək

Siyasət Materials 6 Fevral 2009 18:29 (UTC +04:00)

Moldovada 9-13 fevral tarixində fövqəladə halların qarşının alması və aradan qaldırılması üzrə "Kodrı-2009" beynəlxalq hərbi-mülki təlimlər keçiriləcək. İTAR-TASS-ın məlumatına əsasən, respublikanın Daxili İşlər Nazirliyinin məbuat-xidmətindən cümə günü bildiriblər ki, təlimlər Avropa komandanlığı ilə əməkdaşlıq üzrə keçiriləcək.

Təlimlərdə Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna xilasediciləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Məlumatda həmçinin qeyd olunur ki, təlimlər çərçivəsində böhranlara reaksiya və onların idarə edilməsinin milli mexanizmlərinin təkmilləşdirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyət üzrə Qaradəniz təşəbüssü ölkələrinin əməkdaşlıq imkanları təhlil ediləcək.

Xəbər lenti

Xəbər lenti