...

Bu gün BMT Təhlükəzlik Şurasında təşkilatın Gürcüstandakı nəzarət missiyasının müddətinin uzadılması müzakirə olunub

Siyasət Materials 13 Fevral 2009 14:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 fevral / Trend , muxbir Kirtsialia/ Bu gün Tbilisi vaxtı ilə saat 19:00-da BMT Təhlükəzlik Şurasınada təşkilatın Gürcüstandakı nəzarət missiyasının müddətinin uzadılması müzakirə olunub. Məsləhətləşmələr artıq başa çatıb.Tərəflər tam razılıq əldə etmədikləri üçün nəticələr hələ ki, elan olunmayıb. Rusiya və Abxaziya tərəfi yeni reallıqla bağlı hesabat tələb edirlər. Onlar bildiriblər ki, Abxaziya müstəqil dövlətdir və missiyanın adı dəyişdirilməlidir. Çünki bir dövlətdə artıq başqa dövlətdə fəaliyyət göstərən missiya fəaliyyət göstərə bilməz və bu səbəbdən onlar adın dəyişdirilməsini, "BMT-nin Abxaziyada (Gürcüstanda) nəzarət missiyası"adının "BMT-nin Abxaziyada missiyası"adına dəyişdirilməsini tələb edirlər. Bu isə Tbilisi üçün qəbuledilməzdir. Abxaziya missiya köhnə ad altında olarsa, onun fəaliyyətinə mane olacaqları barədə hədələrini bildirmişdi, lakin dünən tanınmamış dövlətin xarici işlər naziri Sergey Şamba bildirib ki, Abxaziya missiyanın fəaliyyətinə mane olmayacaq. Belə ki, məlum olduğu kimi, mandatın müddətinin dörd aya qədər uzadılması müzakirə olunacaq, həmçinin missiyanın adında da dəyişiklik gözlənilir. Yeni missiya "BMT-nin missiyasi" adlanacaq.

Məqalənin müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti