Qazaxıstan, Astana, 03 mart / Trend , müxbir K.Arınova / "Ak-ordı" mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Nursultan Nazarbayev Statistika Agentliyinin sədri Anar Meşimbayevanı qəbul edib.
"Statistika Agentliyinin sədri Milli siyahıya alınma prosesinin gedişatı barədə prezidentə məlumat verib.
"6 gün ərzində 11 milyondan artıq insan siyahıya alınıb", - mətbuat xidmətinin yaydığı press-relizdə deyilir.
"Nursultan Nazarbayev əhalinin siyahıya almada iştirakının aktivliyi ilə və ilkin məlumatlara əsasən ölkə əhalisinin milli tərkibi ilə maraqlanıb", - görüşdən sonra Meşimbayeva jurnalistlərə bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]