...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın parlamentə təqdim etdiyi "Amnistiya Aktı haqqında" qanun layihəsinin 9 min şəxsə şamil olunması nəzərdə tutulur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Mart 2009 17:49 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın parlamentə təqdim etdiyi "Amnistiya Aktı haqqında" qanun layihəsinin 9 min şəxsə şamil olunması nəzərdə tutulur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala /

Martın 10-da Milli Məclisin (Parlament) üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi "Amnistiya Aktı haqqında" qanun layihəsinin təxminən 9 min şəxsə şamil olunması nəzərdə tutulur.

"Layihədə 1700 məhbusun azadlığa buraxılması planlaşdırılır", - çərşənbə axşamı Trend -a Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü Arzu Səmədbəyli bildirib.

Səmədbəylinin sözlərinə görə, layihədə yüngül cəzalı, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı şəxslərin cəzadan azad olunması nəzərdə tutulur. "Amnistiya Aktı haqqında" layihənın Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirəsi gözlənilir", - deputat əlavə edib.

Heydər Əliyev Fondundan isə çərşənbə axşamı Trend -a bildirilib ki, Amnistiya Aktı layihəsində böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına çatmayanların, birinci və ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi nəzərdə tutulur.

Həmçinin azadlıqdan məhrum edimiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün şəxslərə, həmçinin cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə onların cəzadan azad olunmaları təklif olunur.

Trend -un arayışı: Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə edib, onlardan 1500 nəfəri azad olunub.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti