Gürcüstan, Tbilisi, 13 mart / Trend , müxbir N.Kirtsxaliya /
Bu gün ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza, Gürcüstan XİN rəhbəri Qriqol Vaşadzenin yapon dərgisinə müsahibəsində dediyi "ABŞ hərbi baza yerləşdirmək məqsədi ilə Gürcüstana müraciət edərsə biz bu təklifi nəzərdən keçirərik" sözlərinə şərh verərkən bildirib ki, ABŞ Gürcüstanda hərbi baza yerləşdirmətk məqsədi ilə Gürcüstan hakimiyyətinə müraciət ünvanlamağı planlaşdırmır.
"Mən Vaşadzenin sözlərini belə şərh edərdim: Gürcüstana ABŞ hərbi bazalarını yeləşdirmək üçün müraciət edilsə, Gürcüstan müsbət cavab verəcək. Lakin bizim Gürcüstandan belə istəyimiz olmayacaq", - Brayza öllkə parlamentində baş tutan brifinqdə deyib. Brayzanın sözlərinə görə, ABŞ-ın Gürcüstandan Gürcüstan və ABŞ arasında olan strateji tərəfdaşlıq barədə Xartiyada nəzərdə tutulan təhlükəsizlik sahəsində əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşməsini istəyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]