...

Ümid edirik ki, martın 18-dəki referendum Konstitusiya çərçivəsində keçiriləcək - ABŞ dövlət katibi müavininin köməkçisi

Siyasət Materials 14 Mart 2009 21:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 mart / Trend müxbir N.Kirtsxalia/ ABŞ ümid edir ki, martın 18-də Azərbaycandakı referendum ölkə Konstitusiyası çərçivəsində keçiriləcək.
Bunu ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza bu gün Tbilisidə Trend müxbirinin suallını cavablandırarkən deyib.
"Ümid edirik ki, keçiriləcək referendum Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına xidmət edəcək", - deyə o vurğulayıb.
Bununla yanaşı Brayza Azərbaycanla bağlı digər suallara cavab verməyib. O bildirib ki, bu haqda ətraflı martın 18-də Bakıya edəcəyi səfər zamanı danışa biləcək.
Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti