...

Azərbaycan MSK üzvlərinə seçki dairələri açılana kimi onların vəziyyəti ilə tanış olmaq tapşırılıb

Siyasət Materials 17 Mart 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə seçki dairələrinin açılması üzrə vəziyyətlə tanış olmaq tapşırılıb.

MSK-nın çərşənbə axşamı keçirilən iclasında komissiyanın üzvlərinə seçki dairələrinin seçkilər günündə açılmasına qədər onların vəziyyəti ilə tanış olmaq tapşırılıb. 

"MSK üzvləri seçki dairələri açılana kimi onların vəziyyəti və referendum müşahidəçiləri üçün yaradılmış şəraitlə yaxından tanış olmalıdır", - deyə iclasda MSK sədri Məzahir Pənahov bildirib.  

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycanda martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

"Referenduma hazırlıq yüksək səviyyədə keçirilib. Seçki komissiyasının üzvlərinin seçki prosesinə müdaxiləsi faktları ciddi şəkildə araşdırılacaq", - deyə o, bildirib.

"Seçki komissiyasının nümayəndələri MSK-nın bütün tələblərini ciddi şəkildə icra etməlidir", - deyə Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti