...

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum yüksək səviyyədə keçib – beynəlxalq müşahidəçilər

Siyasət Materials 19 Mart 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir V. Javoronkova. E.Rüstəmov /

Beynəlxalq müşahidəçilər Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumun mütəşəkkil, şəffaf və demokratik keçdiyini qeyd edirlər.

İspaniyadan olan senatorlar Altava Laval və Ortis Peres Trend -a bildiriblər ki, referendum yüksək səviyyədə keçib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

"Referendum problemsiz keçdi, biz hər şeyin yüksək səviyyədə təşkil olunmasından razı qaldıq", - deyə senatorlar qeyd ediblər.

ATƏT PA-da Fransandan olan nümayəndə heyəti rəhbərinin müavini Mişel Vuazan Trend -a bildirib ki, referendumun gedişatında qanunvericiliyin pozulması faktları qeydə alnmayıb.

"Referendum demokratiyanın ifadə olunması üçün əla üsuldur. İştirak etdiyim bütün seçki məntəqələrində proses normal keçdi və səsvermə prinsipi yaxşı təşkil olunmuşdu", - deyə Vuazan bildirib.

Onun sözlərinə görə, görüşdüyü Avropanın müstəqil müşahidəçiləri, eləcə də qeyri-hökumət təşkilatlarının yerli müşahidəçiləri də qanunvericiliyin pozulması faktlarının aşkarlanmadığını bildiriblər.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Azərbaycan Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişiklikləri ölkə seçicilərinin 87-92 faizi dəstəkləyib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti