...

AŞ PA Azərbaycanla siyasi məhbuslar məsələsi üzrə əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 29 Mart 2009 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Rüstəmov /

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanla siyasi məhbuslar məsələsi üzrə əməkdaşlıq etmək niyyətindədir.

"Hesab edirəm ki, əməkdaşlıq uğurlu alınacaq. Bu Azərbaycan hökumətindən və AŞ PA-nın yaxın zamanlarda təyin edilmiş siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçisindən asılı olacaq", - bazarertəsi Trend -a telefonla AŞ PA-nın ikinci məruzəçisi Andres Herkel məlumat verib.

Mart ayında Berlində keçirilmiş AŞ PA-nın hüquq məsələləri və insan hüquqları üzrə komitəsinin iclasında Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçinin təyin edilməsi qərarı qəbul edilib. Bu vəzifəyə Almaniya parlamentinin üzvü, AŞ PA-nın Sosialist qrupunun üzvü Kristof Ştrasser təyin edilib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbuslar məsələsi üzrə AŞ PA-nın hər hansı bir məruzəçisinin təyin edilməsinə ehtiyac duymur.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov hələ fevralın 2-də ölkə parlamentin iclasında AŞ-ni "ikili standart"da günahlandırmışdı. Onun fikrincə, AŞ Ermənistandakı siyasi məhbuslar məsələsinə münasibətdə passivlik göstərərək Azərbaycana boş yerə irad tutur.

"Azərbaycanda siyasi məhbuslar məsələsi çoxdan həll olunub, AŞ və onun institutlarına bununla əlaqədar yetərincə sübutlar təqdim edilib. Hazırda Azərbaycan hər hansı bir məruzəçiyə, AŞ və ya hər hansı bir təşkilatın xüsusi məsələlər üzrə ekspertinə ehtiyac duymur", - deyə Trend -a Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

2001-ci ilsə AŞ-yə daxil olarkən Azərbaycan siyasi məhbuslar məsləsinin həllini öz üzərinə götürmüşdü. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət üzrə AŞ PA xüsusi məruzəçi təyin edib. 2005-ci ilə kimi bu vəzifəni AŞ PA-nın britaniyalı deputatı Markolm Bryus icra edib. Britaniyada keçirilən parlament seçkilərində həmin ildə o seçilməyib. Bundan sonra Azərbaycana siyasi məhbuslar məsələsi üzrə məruzəçi təyin edilməyib.

Azərbaycanın hüquq müdafiəçiləri siyasi məhbusların siyahısını hazırlayıb ki, buraya da 30 nəfər daxildir. Avropa Şurası siyahıda adı çəkilənləri siyasi məhbus kimi tanıyıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti