...

Azərbaycan Baş Prokurorluğu referendum zamanı qeydə alınmış qanun pozuntuları barədə aktları araşdıracaq

Siyasət Materials 30 Mart 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Baş Prokurorluğu ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendum zamanı müxalifət partiyalarının təşviqat qrupları tərəfindən qeydə alınan qanun pozuntuları barədə aktları araşdıracaq. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi keçirilən iclasında təşviqat qrupları tərəfindən tərtib olunan 180 aktın əksəriyyətini araşdırılması üçün Baş Prokurorluğa göndərmək barədə qərar qəbul edib.

Martın 18-də Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıb.

Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan ilkin nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

"Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupları MSK-ya səsvermə günü 161 seçki məntəqəsində qeydə alınan qanun pozuntuları barədə 180 akt təqdim ediblər.

MSK katibi Natiq Məmmədovun sözlərinə görə, MSK-da aktların araşdırılması zamanı onların əksəriyyətinin saxta məlumatlar yolu ilə tərtib olunduğu aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti