...

Gürcüstan rəsmi Kişinyovdan izahat tələb edir

Siyasət Materials 9 Aprel 2009 15:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan rəsmi Kişinyovdan izahat tələb edir. Səbəb gürcü jurnalistlərin Moldovaya girişinə icazə verilməməsidir. Gürcüstan konsulluğunun işə qarışmasına baxmayaraq, gürcü jurnalistlər gəldiyi təyyarə ilə Kişinyov hava limanından Riqaya yola salınıblar.

Gürcüstanın Moldovadakı diplomatik missiyası Gürcüstan vətəndaşlarına ölkəyə girişin yasaqlanmasının səbəbləri ilə bağlı izahat tələb edir.

"Birinci kanal", "İmedi" və "Rustavi 2" kanallarının çəkiliş qrupları bu gün Gürcüstana qayıdacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti