...

Klintonun Beyruta səfəri parlament seçkilərinin gedişatı ilə əlaqəli deyil – Livanın hakim koolisiyasından olan namizəd

Siyasət Materials 28 Aprel 2009 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı 27 aprel / Trend , müxbir Ü.Sadıxova/

"ABŞ Dövlət katibi Hillari Klintonun Livana təşrif buyrması ölkənin mərkəzi hakimiyyətinin dəstəyinə yönəlsə də qarşıda gələn parlament seçkilərinə təsir etməyəcək", - "14 mart" Livan parlament çoxluğu koolisiyasnının üzvü Adi Abilamaa deyib.

"Səfər Livana dəstək müstəvisində keçir. Lakin bu hər-hansı partiyanın mövqeyini zəyiflədib və yaxud gücləndirməyəcək", - Beyrutdan telefon bağlantısı zamanı "Livan Gücləri" xristian partiyasınından namizəd Abilamaa Trend -a bildirib.

Bazar günü ABŞ Dövlət katibi Klinton Beyruta elan olunmamış səfəri zamanı deyib ki, Vaşinqtonda ölkə parlamentinə azad və ədalətli seçkilərin keçimriləcəyinə ümid edirlər. Məlumatı Livanın Əl-Müstəqbal telekanalı yayıb.

Livan parlamentinə seçkilər mayın 7-də keçiriləcək. Müşahidəçilər hesab edir ki, yetərincə hərbi gücə malik olduğunu nəzərə alaraq "Hizbullah" başda olmaqla müxalifət qələbəyə daha şanslıdır.

Dörd il öncə keçirilən sonuncu parlament seçkiləri Suriya silahlı qüvvələrinin Livandan çıxması fonunda keçirilib. Hadisələrin belə cərəyan etməsi Livana Suriya təsirinin əleyhinə çıxan keçmiş Baş nazir Rafiq Həririnin öldürülməsi ilə əlaqədar idi. O zaman mərhum Baş nazirin oğlu Səad əl-Həririnin rəhbərlik etdiyi "Əl-Müstəkbal" partiyası qələbə qazandı.

Partiyanın formalaşdırdığı "14 mart" koolisiyasına təcrübəli siyasətçi Vəlid Cambulatın rəhbərlik etdiyi Tərəqqi-sosialist partiyası, Samir Cacaanın başçılıq etdiyi "Livan Gücləri" və Amin Jmayelin rəhbərlik etdiyi "Kətaib" xrisian partiyaları daxildirlər.

Parlament seçkilərində onların rəqibləri şiə partiyaları olan "Hizbullah" və parlament spikeri olan Nəbih Bərriinin başçılıq etdiyi "Amal"dır. 

Parlament çoxluğunun nümayəndəsi Abilamaa deyib ki, "14 mart" koolisiyası ölkənin bütün vilayətlərində Livan xalqının dəstəyinə arxalanır. "Parlamentdəki çoxluğu qorumağa ümid edirik", - Abilamaa qeyd edib.

Onun fikrincə, Livan vilayətlərinin dəstəyi "14 mart"dan olan namizədlər üçün seçkilərin nəticələrində əksini tapa bilər.

Müşahidəçilərin fikrincə, Suriyanın Livanla diplomatik əlaqələrinin bərpa olunmasına baxmayaraq onların seçkilərin gedişatına müttəfiqləri "Hizbullah" və keçmiş Livan prezidenti xristian olan Mişel Aun vasitəsi ilə təsir edəcəyi istisna olunmur.

İlin əvvəlində Beyrut və Dəməşk qarşılıqlı olaraq səfir mübadiləsi etdilər. 

Suriya-Livan əlaqələri 15 illik vətəndaş müharibəsi zamanı Suriyanın müttəfiqlərinə yardım etmək məqsədi ilə qoşun yeritdiyi zaman korlanıb.

Qoşunlar yalnız 2005-ci ildə Əl-Həriri siyasi blokunun rəhbərliyi altında baş tutan "Sidr Ağacı İnqilabı" nəticəsində çıxarıldı. 

Abilamaanın sözlərinə əsasən, iki ölkə arasındakı münasibətlərlə bağlı hələki iki məsələ həllini tapıb: diplomatik əlaqələrin bərpası və Suriya qoşunlarının çıxarılması. Lakin sərhəd zolağı və Livan əsirləri ilə bağlı məsələ həll olunmamış qalıb.

"Sərhədlərlə bağlı bütün tələblərimiz yerinə yetirildikdən sonra Suriya ilə əlaqələr normallaşa bilər", - Abilamaa vurğulayıb.

Lakin Abilamaa hesab edir ki, Suriya Livan daxilində olan müttəfiqləri hesabına seçkilərin gedişatına təsir edə bilər. Lakin bu seçkilərin nəticələrində çox güman əksini tapmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti