...

Türkmənistan Prezidenti Almatıda Aralın xilas edilməsi üzrə forumda iştirak edəcək

Siyasət Materials 28 Aprel 2009 13:34 (UTC +04:00)

Türkmənistan, Aşxabad, 28 aprel / Trend , müxbir H.Həsənov /

"Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov bu gün Almatıda keçiriləcək Aralın xilas edilməsi Beynəlxalq Fondunun (AXBF) təsisçi ölkələrinin başçılarının sammitində iştirak edəcək", - rəsmi türkmən mənbəyi xəbər verir.

1993-cü ildə beş Mərkəzi Asiya dövləti tərəfindən yaradılmış AXBF Aralın xilas edilməsi üzrə birgə proqram və layihələrin maliyyəşələşdirilməsi və Aralyanı rayonlardakı ekoloji durumun yaxşılaşdırılmasına yönəldilib.

Aral problemi Türkmənistanın şimalına toxunub. Daşoğuz vilayəti ekoloji faciənin mənfi təsirinə məruz qalıb. Burada əhalinin içməli su ilə təminatı və becərilən torpaqların duzlaşması ilə bağlı ciddi problemlər yaranıb.

Qarşıdakı forum Mərkəzi Asiyanın su resurslarının rasional idarəetmə axtarışı üzərində qurulmalıdır. Əsas diqqət böyük beynəlxalq təşkilatlar, maliyyə strukturları və donorlarla əməkdaşlığın fəallaşdırılmasına yönəldiləcək.

Sammit çərçivəsində Berdımuhammedov yüksək səviyyədə bir neçə ikitərəfli görüşlər keçirəcək.

Məqalə üməllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti