Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /
Tbilisidə İran İslam Respublikasının sənaye sərgisi açılıb və sərgidə 30 İran şirkəti iştirak edir.
Tədbir Gürcüstan Ticarət-Sənaye Palatasının təşkilatçılığı altında keçirilir.
Sərginin rəsmi açılış mərasimində İranın Gürcüstandakı səfiri Müctəba Dəmirçelu və Gürcüstan Ticarət-Sənaye Palatasının rəhbəri Cemal İnaişvili iştirak edib.
"Hazırkı tədbir İran və Gürcüstanın yaxınlaşması məqsədini güdür. Sərgi hər iki ölkənin sənaye şirkətlərinə bir-birini tanımağa imkan verəcək", - Damirçelu deyib.
"İki ölkə arasında ticarət əlaqələrinin həcmi 100 milyon dollara çatır. Sərgi İran şirkətlərini təqdim etmək üçün əlverişli fürsətdir", - İnaişvili qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]