...

Azərbaycan parlamentinin deputatları Baş nazirə müraciət ediblər

Siyasət Materials 19 May 2009 12:54 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatları Baş nazirə müraciət ediblər

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin bir qrup deputatı Baş nazirə müraciət göndərib. 

"Səkkiz deputatın Baş nazir Artur Rəsizadəyə ünvanladığı müraciətdə ermənilərin 1918-ci ildə Qubada törətdiyi kütləvi soyqırım qurbanlarının məzarlığında muzey yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması xahiş olunur", - çərşənbə axşamı Trend -a Azərbaycanın keçmiş Baş nazirinin birinci müavini, millət vəkili Vahid Əhmədov bildirib.

Trend -un arayışı: 2007-ci il aprelin ortalarında paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən, kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra dərhal ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırım nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında bir neçə arxda qazıntılar aparılıb və 200-dən artıq insanın sümükləri aşkarlanıb.

Əhmədovun sözlərinə görə, müraciətdə ayrılacaq məbləğin konkret məbləği göstərilməyib.

"Quba məzarlığı önəmli tariximizdir və bu tarixin dünya ictimaiyyətinə çatdırılması üçün orada mütləq muzey yaradılmalıdır. Bunun üçün ərazidəki bir çox evlər köçürülməli, yol çəkilməlidir", - millət vəkili əlavə edib.

Əhmədovun sözlərinə görə, Baş nazirə göndərilən müraciəti ondan başqa Milli Məclisin üzvləri Qənirə Paşayeva, Həvva Məmmədova, Aydın Həsənov, Musa Quliyev, Baba Tağıyev, Zahid Oruc və Yevda Abramov imzalayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti