...

Ankara və Yerevan arasında soyuq müharibə bitib - Türkiyə XİN-in rəhbəri

Siyasət Materials 11 İyun 2009 12:11 (UTC +04:00)
Ankara və Yerevan arasında soyuq müharibə bitib - Türkiyə XİN-in rəhbəri

Türkiyə və Ermənistan arasında soyuq müharibə dövrü bitib, Ankarada Serj Sarkisyanın səfərini gözləyirlər, - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

"Soyuq müharibə dövrü bitib", - Türkiyə KİV-ləri Davudoğlunun sözlərini sitat gətirirlər, İnterfaks yazır.

Nazirin sözlərinə görə, Türkiyə və Ermənistan arasında artıq düşmənçilik anlayışı mövcud deyil. "Bizim İsrail ilə münasibətlərimiz eyni zamanda Fələstinin maraqlarına xidmət edir və əksinə. Azərbaycan da həmçinin görür ki, bizim Ermənistanla münasibətlərimiz onun maraqları çərçivəsindədir", - o bildirib.

Sarkisyanın Türkiyəyə səfəri oktyabra planlaşdırılıb. Qeyd edək ki, həmin vaxt Türkiyə və Ermənistan milli komandaları arasında futbol qarşılaşması keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti