...

Azərbaycanda yaşayan İran vətəndaşları ölkələrində keçirilən prezident seçkiləri ilə bağlı səsvermədə iştirak edirlər

Siyasət Materials 12 İyun 2009 08:00 (UTC +04:00)
Azərbaycanda yaşayan İran vətəndaşları ölkələrində keçirilən prezident seçkiləri ilə bağlı səsvermədə iştirak edirlər

Azərbaycan, Bakı, 12 iyun  / Trend , müxbir T.Cəfərov / 

Azərbaycanda yaşayan İran vətəndaşları ölkələrində keçirilən prezident seçkiləri ilə bağı Bakıda və Naxçıvanda yaradılmış seçki məntəqələrində səsvermədə iştirak edirlər.

Bu gün səfirliyin konsulluq şöbəsində və Naxçıvandakı Baş konsulluqda seçki məntəqələri fəaliyyət göstərir.

"Seçki məntəqəsi seçkiyə start verilən kimi açılıb və 10 saat müddətində fəaliyyət göstərəcək", - Trend -a İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, səfirlikdə səkkiz nəfərlik seçki komissiyası yaradılıb və komissiyanın sədri səfir Məhəmməd Baqir Bəhramidir. "Komissiyada səfirlik əməkdaşları və Azərbaycanda yaşayan tanınmış iranlılar təmsil olunur", - o deyib.
İsgəndəri bildirib ki, ötən prezident seçkisində Azərbaycanda yaradılmış seçki məntəqəsində 700 İran vətəndaşı iştirak etmişdi.

Trend -un arayışı:  İranda prezient seçkisi iyunun 12-də keçiriləcək. Prezidentliyə namizədlər İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvidir  (Mir Hossein Mousavi).  Seçkilərdə dünyanın 130 ölkəsində yaşayan İran vətəndaşları iştirak edəcək. Bu məqsədlə Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq, xarici ölkələrdə 304 seçki məntəqəsi yaradılıb, həmin ölkələrdə yerləşən səfirlik və nümayəndəliklərə 450 min səsvermə bülleteni göndərilib.
İranda prezident seçkisi dörd ildən bir keçirilir. Səfirliyin məlumatına əsasən, Azərbaycanda  ümumilikdə 1350 İran vətəndaşı səsvermə hüququna malikdir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti