...

İran İslam İnqilabı Keşikçiləri Şurası səslərin yenidən hesablanması barədə əmr verib

Siyasət Materials 16 İyun 2009 14:32 (UTC +04:00)
İran İslam İnqilabı Keşikçiləri Şurası səslərin yenidən hesablanması barədə əmr verib

İranın nüfuzlu orqanı olan İslam İnqilabı Keşikçiləri Şurası İranda prezident seçkilərində səs vermiş seçicilərin səsinin yenidən hesablanması barədə əmr verib, Bi-bi-si xəbər verir.
Rəsmi məlumatlara əsasən, 33 % səs toplayan müxalifətdən olan namizəd Mir Hüseyn Musəvi seçkilərdəki məğlubiyyətini qəbul etməyərək rəqibi prerzident Mahmud Əhmədinejadı seçkilərin nəticələrini saxtalaşdırmada ittiham edib.
İranda cümə günündən etibarən etiraz aksiyaları keçirilir. Bazar ertəsi keçirilən aksiyada minlərlə insan iştirak edib. Polis ilə toqquşma nəticəsində yeddi nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti