...

Aİ-nın xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstan hakimiyyətini və müxalifətini iyunun 15-dəki səhvi təkrar etməməyə çağırıb

Siyasət Materials 18 İyun 2009 16:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müxbir N.Kirsxaliya /

Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi iyunun 15-də Tbilisi Baş Polis İdarəsi binası qarşısında baş vermiş hadisəni "yolverilməz" adlandırır. "İki tərəf bir-birinə hörmət etməyi bacarmalıdır. Ümid edirəm ki, bu kimi hadisələr təkrarlanmayacaq", - Semnebi qeyri-parlament müxalifəti ilə görüşdən sonra bəyan edib.  

Semnebi konstitusiya komitəsinin yaradılmasını da vacib adlandırıb. O qeyd edib ki, konstitusiya komissiyasının yaradılmasının vacibliyini Gürcüstanın Venetsiya komissiyasına keçməsinə hazırlaşması da təsdiqləyir.

Semnebi, həmçinin Avropa İttifaqı missiyasının Gürcüstandakı roluna da toxunub. "Sentyabrın 30-dan sonra missiyanın mandatının necə uzadılacağı barədə müzakirələr gedir, belə ki, mandatın müddəti sentyabrın 30-da bitir. Avropa İttifaqı böyük məsuliyyət daşıyır və Gürcüstanda missiyanın rolunun gücləndirilməsi vacibdir", - deyə o, qeyd edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti