...

Azərbaycanın hakim partiyasının sədr müavini Türkiyənin hakim partiyasının nümayəndələrini qəbul edib

Siyasət Materials 9 İyul 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının sədr müavini Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

"Sədr müavini Əli Əhmədov Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib", - Trend cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadla məlumat verib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

YAP sədrinin müavini deyib ki, bir millətin iki dövlətinin əlaqələri daim yüksələn xətlə inkişaf edir. "Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər birliklərinin də yaxşı münasibətləri var", - Əhmədov əlavə edib.

Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyətinin rəhbəri İsmayıl Karaosmanoğlu hər iki partiyanın rəhbərliyinin gənclər arasında münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti