...

Hollandiya Azərbaycanda səfirliyini açır - XİN

Siyasət Materials 20 İyul 2009 11:55 (UTC +04:00)
Hollandiyanın Nazirlər Kabineti Azərbaycan paytaxtında səfirliyini açmağı planlaşdırır, bu barədə Trend News-a telefonla Haaqadan Hollandiya XİN-in mətbuat katibi Aaad Myer (Aad Meijer) bildirib.
Hollandiya Azərbaycanda səfirliyini açır - XİN

Avstriya, Vyana, 20 iyul / Trend , müxbir A.Ələsgərov /

Hollandiyanın Nazirlər Kabineti Azərbaycan paytaxtında səfirliyini açmağı planlaşdırır, bu barədə Trend -a telefonla Haaqadan Hollandiya XİN-in mətbuat katibi Aaad Myer (Aad Meijer) bildirib.

Yeni səfirliyin açılması təklifi ilə Hollandiyanın xarici işlər naziri Maksim Ferhahen (Maxime Verhagen) çıxış edib. Səfirlik holland müəssisələrinin iqtisadi məqsədlərinə xidmət edəcək və energetika sahəsində əməkdaşlıq həyata keçirəcək.

Hollandiyanın səfiri Avropa İttifaqı ölkələrinin Bakıdakı digər səfirləri ilə, həmçinin Tbilisi və Ankaradakı səfirlərlə sıx əlaqə saxlayacaq. Namizədlik hələ müzakirə edilir.

Azərbaycanın Hollandiyadakı səfirliyi 2007-ci ildə açılıb. Azərbaycanın Hollandiyadakı hazırkı səfiri Fuad İsgəndərovdur.

Azərbaycan və Hollandiya arasında əmtəə mübadiləsi 2009-cu ilin yanvar-aprel aylarında 17,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti