...

Saakaşvilinin The Wall Street Journal-dakı sözləri "nəşrin səhvidir" - Gürcüstan XİN

Siyasət Materials 21 İyul 2009 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbur N.Kirtsxaliya /

Gürcüstan XİN rəhbərinin müavini Qiqa Bokeriya Gürcüstan Prezidenti Mixail Saakaşvilinin The Wall Street Journal nəşrinə veridiyi müsahibənin səs-küy salmış hissəsinin "nəşrin səhvi" olduğunu hesab edir.

Onun sözlərinə görə, "Saakaşvilinin adından yazılan bəyanat, həqiqətə uyğun deyil".

"Çox dəqiq bildirmək istəyirəm ki, bir sıra KİV arasında entuziazm yaradan şərh, həqiqətə uyğun deyil. Həqiqətdə prezident bildirib ki, Rusiya öz hərəkətləri ilə Gürcüstanın NATO-ya daxil olmasını əngəlləyərsə, bu, faciə olacaq, - Bokeriya bildirib. - Rusiya həqiqətən buna nail ola bilməyəcək. Prezident Obamanın mövqeyi buna sübutdur".

Bokeriya həmçinin qeyd edib ki, hökumət nəşrin öz səhvini düzəltməsi üçün əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti