...

Azərbaycan Dövlət Sərhəd Xidməti Azərbaycan-Rusiya sərhədində baş verən insidentlə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 22 İyul 2009 16:03 (UTC +04:00)
İyulun 16-da, saat 03.00 radələrində Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti Azərbaycan-Rusiya sərhədində baş verən insidentlə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Sərhəd Xidməti Azərbaycan-Rusiya sərhədində baş verən insidentlə bağlı rəsmi məlumat yayıb.

İyulun 16-da, saat 03.00 radələrində Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Sərhəd naryadına qarşı silahlı müqavimət göstərilməsi və atışma nəticəsində əsgər Bəhruz Əsgər oğlu İsayev yaralanıb, 1 nəfər cinayətkar öldürülüb.

Hadisə yerində səhra şəraitində uzun müddət yaşamaq üçün zəruri ərzaq, əşya-geyim və məişət ləvazimatı ilə tam təchiz olunmuş 6 ədəd yol-bel çantası, 5 ədəd əl qumbarası, 30 ədəd 5,45 çaplı patronla dolu 1 ədəd "AK" markalı avtomat silah darağı, 2 ədəd boş "Makarov" tipli tapança darağı, 2 ədəd tapança qoburu, 3 ədəd "Nokia 1200" markalı mobil telefonu, 1 ədəd "HP" markalı noutbuk, 1 ədəd "Toshiba" markalı yaddaş qurğusu, internetə qoşulmaq üçün 1 ədəd modem qurğusu və digər əşyalar aşkar olunaraq götürülüb.

Mütəşəkkli silahlı dəstənin xarici ölkə vətəndaşı olan üç üzvü saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dəstə tərəfindən Balakən rayonunun Salban kəndi yaxınlığındakı meşə massivində iki yerdə xüsusi maskalanmış quyularda gizlədilmiş böyük bir qrupunun uzun müddətdə səhra şəraitində yaşaması üçün külli miqdarda ərzaq, geyim əşyaları, çadırlar, generatorlar, akkumulyatorlar və sair texniki və məişət avadanlıqları aşkarlanıb.

Rayon ərazisində Böyük Qübək dağının yaxınlığındakı meşə massivində xüsusi gizlədilmiş yerlərdə 1 ədəd AK-74 markalı avtomat silahı, 120 ədəd patronla dolu 4 ədəd daraq, nişangah və səsboğucu qurğu ilə təchiz olunmuş AKM markalı avtomat, 30 ədəd patronla dolu 1 ədəd daraq, 2 RQD, 1 F-1 əl qumbarası və digər silah sursat və məişət avadanlıqları aşkar olunaraq götürülüb.

Əməliyyat-istinatq qrupu tərəfindən silahlı dəstənin plan və niyyətləri, hərəkət marşrutları, ölkə ərazisində qaldıqları ünvanları, əlaqədə olduqları şəxslər və digər məlumatlar müəyyən edilib.

Cinayətin araşdırılması üçün Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələrindən ibarət birgə əməliyyat qrupu yaradılıb.

Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti