...

İran aviaşirkəti 400 təyyarənin alınması üzrə müqavilə imzalayıb - baş direktor

Siyasət Materials 24 İyul 2009 17:10 (UTC +04:00)
"IRAN AIR" aviaşirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Səid Hisami bildirib ki, şirkət müxtəlif ölkələr ilə 400 təyyarənin alınması və İrana tədarükü üzrə müqavilə imzalayıb. Bu barədə FARS informasiya agentliyi xəbər verib.
İran aviaşirkəti 400 təyyarənin alınması üzrə müqavilə imzalayıb - baş direktor

"IRAN AIR" aviaşirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Səid Hisami bildirib ki, şirkət müxtəlif ölkələr ilə 400 təyyarənin alınması və İrana tədarükü üzrə müqavilə imzalayıb. Bu barədə FARS informasiya agentliyi xəbər verib.

O, bildirib ki, alınan təyyarələr arasında TU-154, TU-204 və MD markalı təyyarələr yer alır. Onlar yaxın zamanlarda tədarük ediləcək.

Hisami təyyarələrin növləri, onların alındığı ölkələr, həmçinin onların İrana gətirilməsinin dəqiq tarixi barədə məlumat verməyib.

Bu yaxınlarda İran Hava Yollarının TU-154 təyyarəsinin qəzaya uğraması, İranın mülki aviaparkına məxsus təyyarələrin istismar müddətinin uzadılması və ehtiyat hissələrinin olmaması ilə bağlı yüksək köhnəlmə səviyyəsində olduğundan xəbər verdi. İrana qarşı həyata keçirilən sanksiyalar səbəbindən Tehran müxtəlif şirkətlərdən detallarının 10 faizindən çoxu ABŞ istehsalı olan təyyarələri ala bilməz. Bunlara "Boinq" və "Airbas" aiddir.

Hazırda İranın mülki aviasiya parkında uzun müddətdir əvəzlənməsinə ehtiyac duyulan 70 köhnə təyyarə var.

Xəbər lenti

Xəbər lenti