...

Türkiyədə avtomobil qəzasında doqquz nəfər həlak olub

Siyasət Materials 30 İyul 2009 11:57 (UTC +04:00)
Türkiyənin cənubunda baş verən avtomobil qəzasında doqquz nəfər həlak olub, bir nəfər isə yaralanıb. Bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verir.
Türkiyədə avtomobil qəzasında doqquz nəfər həlak olub

Türkiyənin cənubunda baş verən avtomobil qəzasında doqquz nəfər həlak olub, bir nəfər isə yaralanıb. Bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verir.

Faciə Mersin və Tarsusun dağlıq ərazisində cümə axşamı səhər iki avtomobilin toqquşması nəticəsində baş verib. Səkkiz nəfər yerindəcə həlak olub, iki nəfər ağır yaralı vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Qan itirməsi nəticəsində yaralılardan biri xəstəxanada keçinib.

Xəbər lenti

Xəbər lenti