Bazar ertəsi Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Heydər Əliyev Fondunda olublar, bu barədə AzətTac Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
Qonaqları Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müşayiət ediblər.
İlham Əliyev Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib, həmkarını ümummilli liderin şəxsi arxivindəki müxtəlif eksponatlar ilə tanış edib.
Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere Fondla tanışlıqdan sonra Xatirə Kitabına ürək sözlərini yazıblar. Dövlət başçıları və xanımları Fondun fəaliyyəti haqqında filmə baxıblar.