...

Heydər Əliyev Fondu əlillərin İKT-dən istifadə imkanlarını artırır

Siyasət Materials 13 Avqust 2009 13:34 (UTC +04:00)
Heydər Əliyev Fondu əlillərin İKT-dən istifadə imkanlarını artırır

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C. Babayeva /

Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədilə Heydər Əliyev Fondu, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə layihənin növbəti mərhələsi reallaşdırılır.

Yeni mərhələdə Naxçıvanda regional informasiya mərkəzinin yaradılması nəzərdə tutulur, çümə axşamı Trend -a Fonddan məlumat verilib. Mərkəzin xidmətindən Muxtar Respublikanın 7 rayonunda yaşayan əlillər yararlanacaqlar.

Mərkəz müasir avadanlıqlarla təchiz olunub, orada həmçinin oxu zalı, audiokitabxana, internetə giriş imkanları var.

Yüksəksürətli interenetlə təchiz edilmiş mərkəzdə 20 kompüterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl displeyləri, xüsusi printerlər quraşdırılacaq.

Analoji mərkəz Gəncə, Naftalan, eləcə də Ağstafa, Daşkəsən, Qazax və bu regionun digər rayonlarında da yaradılır.

İlk belə layihə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə 2005-2006-cı illərdə həyata keçirilib. Layihə çərçivəsində görmə problemi olan uşaqlar üçün analoji mərkəz yaradılıb.

Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun fəaliyyəti Azərbaycanda müxtəlif sahələrin inkişafına yönəldilib. Bu məqsədlə mədəniyyət, təhsil və səhiyyə sahələrində layihələr həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti