...

Türkiyədəki Gürcüstan konsulluğu 4 gürcünün öldüyü avtoqəza ilə bağlı araşdırma işlərini nəzarətdə saxlayır

Siyasət Materials 7 Sentyabr 2009 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Türkiyənin Rizə şəhərində baş vermiş avtoqəza zamanı 4 gürcünün şəxsiyyətini aydınlaşdırmaq hələ də mümkün olmayıb. Bu barədə bazar ertəsi Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze mətbuat konfransında bildirib.

İki zərərçəkmiş Gürcüstan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Vaşadzenin dediyi kimi, fakt üzrə cinayət işi açılıb. O, əminliklə bildirib ki, istintaq işi obyektiv aparılacaq və qəzanın səbəbləri müəyyən ediləcək.

"Bizim konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə sıx əlaqədədir. Biz bu işi istintaqın sonunadək nəzarətdə saxlayacağıq", - Vaşadze bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti