Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bakı yollarında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakının küçə və prospektlərində əsaslı şəkildə yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Yusif Səfərov küçəsindən başlayaraq Üzeyir Hacıbəyli və Puşkin küçələri, Azadlıq prospekti də daxil olmaqla, bütün yollara dünya standartlarına uyğun ikiqat asfalt döşənib.
Təmir işləri Zərifə Əliyeva küçəsində, Neftçilər, Parlament və Hüseyn Cavid prospektlərində də aparılır.