Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın solçu partiyası bələdiyyə seçkilərində müstəqil şəkildə iştirak edəcək.
"Partiyanın Mərkəzi Şurasının iclasında sosialistlərin seçki dairələrinin əksəriyyətində iştirakı ilə də bağlı qərar qəbul edilib", - çərşənbə günü Trend -a Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) mətbuat xidmətindən bildirilib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin 2009-cu il dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.
Mərkəzi Şuranın iclasında solçuların seçkilərdə hər hansı blok yaratmayacağı da bir daha bəyan edilib. "AXSP-nin bölgələrdə seçkilərdə iştirakı üçün səlahiyyətli nümayəndələri təyin edilib", - məlumatda vurğulanır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]