...

Türkmənistan Prezidenti Türkiyədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib

Siyasət Materials 11 Sentyabr 2009 11:25 (UTC +04:00)
Türkmənistan Prezidenti Türkiyədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib

Türkmənistan, Aşqabad, 11 sentyabr / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə İstanbulda baş verən, insan ölümü və dağıntılara səbəb olan sel hadisəsi ilə əlaqədar olaraq başsağlığı verib.

Hökumətin mətbuat xidmətindən məlumat verildiyi kimi, Türkiyəyə bu faicənin nəticələrinin aradan qaldırılmasında mərdlik və dözümlülük arzulayan Türkmənistan dövlət başçısı onların dərdinə şərik olduğunu və təbii fəlakət nəticəsində həlak olanların və xəsarət alanların ailələrinə dəstək olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti