...

Azərbaycanla münasibətlər ABŞ üçün çox əhəmiyyətlidir - dövlət katibinin müavini

Siyasət Materials 19 Sentyabr 2009 11:36 (UTC +04:00)
Corctaun Universitetində təşkil edilən konfrans zamanı dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Bernsin çıxışı Azərbaycan-ABŞ əlaqələrinə həsr edilib. Çıxışın mətni Dövlət Departamerntinin saytında yerləşdirilib.
Azərbaycanla münasibətlər ABŞ üçün çox əhəmiyyətlidir - dövlət katibinin müavini

Azərbaycan, Bakı, 19 sentyabr / Trend /

Corctaun Universitetində təşkil edilən konfrans zamanı dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Bernsin çıxışı Azərbaycan-ABŞ əlaqələrinə həsr edilib. Çıxışın mətni Dövlət Departamerntinin saytında yerləşdirilib.

Öz çıxışında Berns Azərbaycanın ABŞ üçün əhəmiyyətli olmasının səbəblərini qeyd edib. Bura təhlükəsizlik, iqtisadi və siyasi inkişaf məsələləri daxildir.

Vilyam Berns Azərbaycanın strateji mövqeyini, regionda təhlükəsizliyin təmin edilməsində rolunu xüsusilə qeyd edib. O, həmçinin NATO-nun İraq, Əfqanıstan və Kosovada keçirdiyi əməliyyatlarda Azərbaycanın töhfəsini də vurğulayıb.

Öz çıxışı zamanı dövlət katibinin müavini Dağlıq Qarabağ probleminə və Ermənistan-Türkiyə əlaqələrinin normallaşması məsələlərinə də toxunub. Berns həmçinin Azərbaycanda keçirilən iqtisadi və siyasi islahatları xüsusilə qeyd edib.

"ABŞ Azərbaycanın daimi və güclü dostudur. Biz gələcəkdə də təhlükəsiz, perspektiv və demokratik dövlətin inkişafının təmin edilməsi üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək niyyətindəyik", - o çıxışının sonunda deyib.

Xəbər lenti

Xəbər lenti