Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir E.İsmayılov /
Azərbaycanın hərbi doktrinası gələn ilin əvvəlinədək hazır olacaq. Trend -un məlumatına görə, bu barədə prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev cümə günü jurnalistlərə açıqlamasında bildirib.
Trend -un arayışı: Azərbaycanda "Hərbi doktrina"nın parlamentin yaz sessiyasında müzakirəsi gözlənilsə də, sessiyada gündəliyə salınmayıb.
NATO "Hərbi doktrina" ilə bağlı müsbət rəy verib. "2009-2015-ci illər üçün "Strateji müdafiə icmalı" adlı sənəd hazırlanır. Bu sənəd həm də "Hərbi doktrina"nın prinsiplərini özündə ifadə edir.
Əliyev bildirib ki, bu ilin sonu, gələn ilin əvvəli hazır olacaq sənəd prezidentə təqdim olunacaq və ictimaiyyətə açıqlanacaq.
Onun sözlərinə görə, sənəddə Azərbaycanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı qarşıda duran vəzifələr, onların icrası, təhlükəsizlik və müdafiə sisteminə aid olan bütün qurumların vəzifələrinin icrası əksini tapacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]