...

Azərbaycanlı deputatlar Türkiyə Parlamentində Ermənistanla diplomatik əlaqələrin qurulması barədə sazişin təqdir olunacağı ilə bağlı fərqli düşünürlər

Siyasət Materials 28 Sentyabr 2009 11:47 (UTC +04:00)
"Türkiyə Baş nazirinin həm Türkiyə, həm də BMT-nin toplantıları zamanı verdiyi bəyanatlar, həmçinin ABŞ Prezidenti ilə görüşdə Ermənistanla münasibətlərin qurulması məsələsinə toxunması sübut edir ki, Türkiyə siyasi elitası Ermənistan məsələsində qərar verib. Gözlənilən odur ki, Türkiyədəki hazırkı siyasi elita Parlamentdə çoxluq təşkil etdiyindən, sazişi Böyük Millət Məclisində də keçirmək mümkün olacaq", - bazar ertəsi Trend News-a millət vəkili, iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib.
Azərbaycanlı deputatlar Türkiyə Parlamentində Ermənistanla diplomatik əlaqələrin qurulması barədə sazişin təqdir olunacağı ilə bağlı fərqli düşünürlər

Azərbaycan, Bakı, 28 senytabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı deputatlar Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanla diplomatik əlaqələrin qurulması barədə imzalanması gözlənilən sazişin təqdir olunacağı ilə bağlı fərqli proqnozlar veriblər.

"Türkiyə Baş nazirinin həm Türkiyə, həm də BMT-nin toplantıları zamanı verdiyi bəyanatlar, həmçinin ABŞ prezidenti ilə görüşdə Ermənistanla münasibətlərin qurulması məsələsinə toxunması sübut edir ki, Türkiyə siyasi elitası Ermənistan məsələsində qərar verib. Gözlənilən odur ki, Türkiyədəki hazırkı siyasi elita Parlamentdə çoxluq təşkil etdiyindən, sazişi Böyük Millət Məclisində də keçirmək mümkün olacaq", - bazar ertəsi Trend -a millət vəkili, iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə və Ermənistan arasında oktyabrın 10-da diplomatik əlaqələrin qurulması barədə saziş imzalanacağı gözlənilir. Bu barədə Ərdoğan Trend -a eksklüziv müsahibəsində bildirib. Ərdoğan deyib ki, sazişi iki ölkənin xarici işlər nazirləri imzalayacaq. Lakin bu sənəd qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri tərəfindən təqdir edilməlidir.

Orucun fikrincə, Azərbaycanı bu sazişlə bağlı kəskin addımlardan çəkindirən məqamlar var. "Azərbaycanı kəskin etirazlardan müəyyən qədər daşındıran səbəb odur ki, Türkiyə siyasi iqtidarı bəyan edir ki, bu danışıqların çərçivəsində Dağlıq Qarabağ məsələsi mühüm yerlərdən birini tutur. Hətta paralel səviyyədə aparır. Ola bilsin ki, o sənədlərdə bu məsələ öz əksini tapır, bəlkə başqa bir sənəd də mövcuddur. Bunu indi təyin etmək xeyli çətindir", - o deyib.

Müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu isə Trend -a deyib ki, Türkiyə hər hansı bir addım atdığı təqdirdə Azərbaycan alternativ siyasət formalaşdırmalıdır.

"Bu sənədin qəbul olunması əsas deyil. Əsas odur ki, Ermənistanın bu prosesi sona qədər aparması üçün siyasi iradəsi yoxdur. Türkiyənin özü də bunu aparmaq niyyətində deyil. Daha çox ABŞ, Fransanın xarici dəstəyini qazanmaq üçün müəyyən bir proses başladı və bunu yekunlaşdırmaq nə Türkiyənin, nə də Ermənistanın əlində deyil", - deputat əlavə edib.

Deputatın fikrincə, Türkiyə Böyük Millət Məclisində Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı sənədin təqdir ediləcəyi imkansızdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti